Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nı təsdiq edib.
Mənbə* bu barədə Palatanın qərarına istinadən xəbər verir.
Bu qayda “Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli fərmanına uyğun olaraq hazırlanıb və kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.