14 C
Baku
Saturday, April 27, 2024

Manat dollarla bərabər bahalaşır: 2015-ci ildəki ilk devalvasiyadan bu tərəfə maksimum yenilədi

Azərbaycan manatının məzənnəsi rəqib valyutalar qarşısında 2015-ci ilin ilk devalvasiyasından bu tərəfə ən baha gününü yaşayır.

Banker.az xəbər verir ki, Azərbaycan manatının gücünü ölçən REM – real effektiv məzənnəsinin indeksi 1 noyabr 2022-ci il tarixinə 125.3 bənd təşkil edib. Bu da son bir ayda 1.01 bənd, yaxud 1.4% artımdır.

Manatın REM-i ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Manatın bu indeksi 2022-ci ilin əvvəlindən bu tərəfə 11.6 bənd, yaxud 10% artım yaşayıb.

s23233232

Buna təbii əsas təkan verən faktor manatın ABŞ dolları ilə nisbətdə sabit məzənnəsidir. Çünki dünyada tüğyan edən inflyasiyanı cilovlamaq üçün əsas iqtisadiyyatlar monetar siyasətini sərtləşdirir ki, bu “yarışda” da ən öndə gedəni ABŞ Federal Ehtiyat Sistemidir. FED uçot faiz dərəcəsini artıq oktyabrda 4.00% bəndə çatdırıb və növbəti ilə 5.00%-ə qədər çatdırılması öncədən verilən siqnallar içindədir. FED faizləri yüksəltdiyi halda, digər mərkəzi banklar faizləri onun qədər sərt qaldırmadığı üçün investorları dollar almağa həvəsləndirir. Ehtiyat limanı sayılan dollar belə olan halda bahalaşmağa başlayır. Manatın məzənnəsi ABŞ valyutası ilə fiks olduğu (2017-ci ilin martından 1 dollar 1.7 manatdır) üçün onun REM-nin də artmasına səbəb olur. Yəni bu indekslər qeyd edilən səbəbdən korrelyasiya təşkil edir.

2022-ci ilin ABŞ dollarının 6 valyuta – avro, yen, funt-sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında ölçülən indeksi DXY 95.59 bənddən 111.42 bənd səviyyəsinə qədər artmaqla son 20 ilin maksimumumunu yeniləyib.

Azərbaycan əsas ticarət tərəfdaşlarının valyutaları da ABŞ dollarının bu gücündən sonra dəyər itirməli olublar.

Manatın cari indeks 2015-ci ilin fevralında sonuncu dəfə 148.4 bənd təşkil etsə də, həmin ayda baş tutmuş devalvasiyadan sonra REM 124.4 bəndə qədər kəskin eniş yaşamışdı. Son 7 ildə manatın REM-i hətta 90 bənddən də aşağı düşdüyü vaxtlar oldu. Belə ki, 2017-ci ilin avqustunda REM 87.0 bəndə qədər düşmüşdü.

Lakin cari ildə Azərbaycanın ixrac etdiyi, yəni valyuta gətirən əsas məhsulu neftin qiymətləridəki yüksəlmə, üstəgəl qazın qiyməti və ixracının yüksəlməsi ticarət balansında böyük profisit yaradır ki, bu da tədiyyə balansının də qalıqla tamamlanmasını şərtləndirir. Belə olan halda manatın məzənnəsi üçün təzyiqlər azalır.

Məzənnə iqtisadiyyatın rəqabət qabiliyyətinin başlıca deteriminantı kimi mühüm siyasət alətidir. Əsasən də Azərbaycan kimi, idxalyönümlü iqtisadiyyata. Məzənnənin yüksək olması idxal inflyasiyasını neytrallaşdırsa da, yerli istehsalçılar üçün mənfi təsirləri də var.

Məzənnənin möhkəmlənməsi bir tərəfdən yerli istehsalçıların həm daxili, həm də xarici bazarda rəqabət qabiliyyətini zəiflədir. Digər tərəfdən, yerli istehsalı xarici komponentlərə (idxal edilmiş aralıq istehlak malları, xarici kapital və əmək resursları və s.) əsaslanan sektorlar bundan fayda əldə etmiş olurlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər