24 C
Baku
Friday, April 26, 2024

Mariupol Rusiya üçün niyə vacibdir?

Qeyd: Məqalənin başlığı dəyişdirilib. Artıq Mariupol Rusiyanın nəzarətindədir.

Rusiyanın ilhaq etdiyi Krımın bir qədər yuxarısında yerləşən Mariupolun süqutu Rusiya ordusuna Ukraynanın şərqindəki Donbas bölgəsindəki yoldaşları ilə əlaqə yaratmağa imkan verəcək. Bundan əlavə, Mariupol Rusiya üçün Krımdan şimal-şərqə körpü rolunu oynayacaq. Həmçinin, Mariupol ələ keçsə, Rusiya Ukraynanın Qara dəniz sahil xəttinin 80%-dən çoxuna tam nəzarət edə biləcək. Beləliklə, Ukraynanın dəniz ticarətinin qarşısını alıb onu dünyadan izolə edə biləcək.

Coğrafi olaraq, Mariupol şəhəri xəritədə kiçik bir yer tutur, lakin Rusiyanın ilhaq etdiyi Krımın yaxınlığında – bir qədər yuxarısında yerləşməsi onu strateji yer halına gətirir. Rusiya qüvvələri şərqi Ukraynanın Donbas bölgəsindəki yoldaşları və separatçı müttəfiqləri ilə əlaqə qurmaq üçün Krımdan şimal-şərqə, yəni Mariupola doğru irəliləmək məcburiyyətindədirlər.

Kiyevi ələ keçirə bilməyən Rusiya şərqi Donbas bölgəsinə fokuslandı. Mariupol süqut etsə, Rusiya taborlarının şimala irəliləməyi və İyzum şəhəri və Xarkov bölgəsindən cənuba doğru hərəkət edən digər hərbi birləşmələrlə əlaqə quracağı gözlənilir.

Zelenski açıqlamasında Rusiyanın Mariupolu “yox etdiyini” deyib: “On minlərlə ölü var. Amma rusların hücumu dayanmır”. Prezident əlavə edib: “Buça, İrpin, Hostomeldə xalq qətliama məruz qaldı. Biz qalib gəldikmi? Əmin deyiləm. Biz dözdük, bizə məxsus olanı buraxmadıq. Amma qalib gəlib-gəlmədiyimizi deyə bilmərəm”.

Mariupol süqut edərsə, şimal-şərqdə – Donbas bölgəsində Kreml tərəfdarı separatçılarla döyüşən Ukrayna silahlı qüvvələrini mühasirəyə almaq və yox etmək üçün döyüşəcək Rusiya qüvvələri Mariupolda yerləşdiriləcək. Ehtimal olunur ki, Mariupolun ardınca ruslar Ukraynanın Qara dənizə son ana çıxışı Odessaya dorğu irəliləyəcək.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər