9 C
Baku
Friday, December 13, 2024

Mask: “Məhdudiyyətlər tətbiq edilməsə, Çin əksər avtomobil şirkətlərini məhv edəcək”

Hökumətlər ticarət məhdudiyyətləri tətbiq etməklə bunun qarşısını almasa, Çin avtomobil istehsalçıları digər avtomobil şirkətlərinin əksəriyyətini keçəcək. Bunu “Tesla”nın baş direktoru İlon Mask 2023-cü ilin dördüncü rübü üçün hesabatların dərcindən sonra analitiklərlə telefon danışığında deyib. Onun sözlərini “Reuters” agentliyi yayıb.

Milyarderin sözlərinə görə, Çinli avtomobil istehsalçıları “ən rəqabətədavamlıdır” və “hansı tariflərin və ya ticarət maneələrinin tətbiq olunduğundan asılı olaraq, Çindən kənarda əhəmiyyətli uğurlar qazanacaqlar”.

“Ticarət maneələri olmasa, onlar dünyanın əksər avtomobil şirkətlərini məhv edəcəklər”, – deyə iş adamı xəbərdarlıq edib.

Mask bu proqnozu Çinin “BYD” şirkəti son rübdə “Tesla”nı keçərək elektrik avtomobillərinin satışında dünya lideri olduqdan sonra verib. “The Wall Street Journal”ın məlumatına görə, 2023-cü ilin son üç ayında “BYD” 526 min, “Tesla” isə cəmi 484 min 500 elektrikli avtomobil satıb. Qəzet qeyd edir ki, “BYD” avtomobilləri Taylandda da satış cədvəllərində birinci olub.

Son xəbərlər
Digər xəbərlər