9 C
Baku
Thursday, December 12, 2024

May ayında Azərbaycana rekord sayda elektrik avtomobillər gətirilib

Azərbaycanda elektro-avtomobillərin idxal sayı kəskin artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk beş ayı ərzində ölkəyə 81 yalnız elektriklə çalışan avtomobillər gətirilib. Bunun da 65 ədədinin may ayının may ayının payına düşməsi deməkdir. Bu isə indiyə qədər müşahidə edilən ən böyük rəqəmdir.

Bu avtomobillər əsasən ekeloji baxımdan CO2 qazı emissiyası etmədiyi üçün son illərdə alışına tələbat artmaqdadır. Əlavə edək ki, Azərbaycanda bu avtomobillərin idxalına görə yalnız 15% rüsum tətbiq edilir.

İdxal olunan bu e-avtomobillərin ümumi dəyəri 4,2 mln. ABŞ dolları dəyərində olub.

Bundan əlavə ölkəyə 1 771 ədəd hibrid təchizatlı avtomobillər idxal edilib. Bu avtomobillərin idxal dəyəri isə 10,16 mln. manat üzərindədir.

Son xəbərlər
Digər xəbərlər