23 C
Baku
Friday, April 26, 2024

Menecmentin təkamülü

İşgüzar fəallıq, sahibkarlıq, idarəetmə fəaliyyəti insan cəmiyyəti ilə eyni vaxtda yaranmışdır. Tarixdə hər zaman idarəetmə fəaliyyətlərində müvəffəqiyyətli nümənələr tapmaq mümkün olan gorkəmli siyasi xadimlər, muəssisə sahibləri, tacirlər, sahibkarlar olub.

Ona görə də, biznesin də, menecmentin də tarixini Qədim Misirdən və antik Yunanıstan başlamaq olar. Lakin menecmentin muasir anlamından danışdıqda, terminalogiya aydınlığı nöqteyi nəzərindən irəli gələrək, analizi konkret və muşahidə olunan etmək üçün məlum şərtiliklə olsa da, hesablama nöqtəsi qəbul etməliyik. Muasir peşəkar biznes üçün XİX əsrin ikinci rübü qəbul olunub. 

İlk şirkətlər – fəaliyyətləri peşəkarların – menecerlərin rəhbərliyi altında öz işguzar fəallığının realizasiyasına yonəldilmiş sosial təşkilatlar (sosial insitutlar) məhz o zaman  yaranmışdır. Axırıncılar əslində muzdla işləyən rəhbər mutəxəssislərdir.  Menecerlər də, sahibkarlar da əslində eyni iş ilə – bizneslə məşğuldurlar, onların işlərinin mahiyyəti və forması eynidir. Fərq məsuliyyətdədir: sahibkar oz puluna və əmlakına cavabdehdir, menecer isə muzdlu mutəxəssisdir. Menecer sahibkar ola bilər, sahibkar isə menecer ola bilər, lakin bu, vacib deyil.

Peşəkar biznes azad işgüzar fəallıq kimi nisbətən qısa tarixi dövrə baxmayaraq intensiv və köklü təkamül keçmiş, XİX əsrin ikinci rübündən azad bazar mübadiləsi aparır.  Bu inkişafda bir neçə mərhələni qeyd etmək olar. Bu mərhələlərin fərqləndirilməsi üçün əsas – sadə, lakin aydın və effektiv meyardan  – işin nəticəsinin asılı olduğu həlledici amillərdən ibarətdir.   Müvəffəqiyyət amilləri dəyişdiyi halda effektiv biznesin texnologiyası da dəyişir, deməli bununla menecerlərin və sahibkarların peşəkarlığına olan tələblər də dəyişir.

1. XİX yüzilliyin ikinci yarısına kimi biznesdə müvəffəqiyyətin həlledici amili faktiki olaraq təbii ehtiyyatlara – faydalı qazıntılara, meşə, pambiq və s. çıxış idi. Xammalın əldə olunması inhisarçı üstünlük yaradırdı. Bəzən, hətta birinci plana müvafiq istehsalın olduğu yer çıxırdı.  Bu ancaq Rokfellerlərin, Gettilərin tarixi deyil, belə planda nümunə kimi ilk Rusiya sahibkarlarının Uralda, Dondasda, Sibirdə və sair yerlərdə təcrubələrini  göstərmək olar.

2. Lakin müstəmləkə siyasəti dövrü başa çatdıqdan sonra, praktiki olaraq bütün təbii ehtiyatlar bu və ya başqa cür bölüşdürülmüşdür. Birinci plana işin digər  müvəffəqiyyət amili – malın istehsal xərclərini artırmadan onun  faydalılığının artırılması amili çıxmışdır. Bu mərhələ təxmini olaraq XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mərhələdə, bazarın tam təmin olmadığı, bəzən isə hətta yaradılmadığı bir halda, həlledici məqam malın yaxud xidmətin  bazar ideyası olması və ideyanın reallaşması üçün maddi-texniki imkanın olması idi. Əsassız deyildi ki, həmin dövrün ən bacarıqlı biznesmenləri – müvafiq istehsal acmağa nail olmuş tənha ixtiraçılar idi (bəzi muasir aparıcı şirkət və korporasiyaların tarixi belə şirkətlərdən başlamışdır). Faktiki olaraq marketinqə və intensiv reklama ehtiyac yox idi.

3. Novbəti, üçüncu mərhələ yüzilliyin əvvəlindən 1930-cu illərə kimi davam etmişdir. İstehsalçılar bazarı sıxlaşmağa başlamış, və müvəffəqiyyətin həlledici amili minimal xərclərlə maksimal mal istehsalını  təmin etmək imkanından ibarət idi. Menecer hər şeydən əvvəl texnologiyanı əla bilməli idi və ona müvafiq istehsal təşkil etməli idi. Şirkətlərdə hakimiyyət mərkəzləri texniki və texnoloji xidmətlərdə cəmləşmişdi. Bazar isə istehsal olunan hər şeyi fəal surətdə qəbul edirdi. G.Fordun dediyi məhşurlaşmış ifadə məhz bu dövrə aiddir: “Siz hər rəngdə maşın secə bilərsiniz – bircə ancaq o qara olsun” (You can have any color as long it’s black). (You can have any color as long as it’s black). Və hər kəs Fordun məşhur “T” modeli kimi maksimal qara rəngdə avtomobil istehsalını minimal xərclərlə təmin edirdisə, Bəxt təkəri onun əlində idi. Bu dövr – istehsalı təşkil edən  menecer-texnokratların zamanı idi. Əməyin normalaşdırılması, konveyer, əməyin elmi təşkili (ƏET) –menecmentin bu komponentləri məhz o vaxtin uğurlu təcrübəsinin nəticələridir.   Marketinqin nəəriyyəsi və təcrübəsi bu mərhələdə hələ formalaşmamışdı. Birinci marketinq xidmətləri ancaq Birinci dünya muharibəsin ərəfəsində yaranmağa başlamışdı, o da yaxud məhsulun yığılıb qalmasının qarşısını almaq üçün, yaxud xarici iqtisadi fəaliyyət xidməti kimi yaranmışdı.

4. Göy 1930-cu illərdə guruldadı. Birja böhranı, Böyük depressiya və həmin illərin başqa hadisələri bütün dünyada yaxşı  məlum olan iqtisadi, sosial və siyasi nəticələrə gətirmişdi. Menecmentin texnologiyası nöqteyi-nəzərindən 1930-cu illərdə radikal dönüş baş vermişdir: dünya biznesi artıq sıxlaşmış bazara “toqquşmuşdu”. Aydındır ki, hətta sizdə əla ideya, yetərincə vəsait olduğu halda siz istehsalatı yaxşı təşkil etmisinizsə, əgər siz istehsal etdiyiniz mal bazarda tələb olunmayacaqsa və siz bu tələbi stimullaşdırmasanız, siz müvəffəqiyyətsizliyə uğrayacaqsınız. Menecment təfəkkürünün və təcrubəsinin istiqaməti aşağıdakı qaydada ifadə olunaraq, köklü olaraq dəyişmişdir: “İstehsal etdiyini satmaq yox, satmaq mümkün olanı istehsal etmək”. Bu, dövrlərin bir-birini əvəz etməsi idi. Tələbatın oyrənilməsi, müvafiq fəaliyyət proqramları təklif edən, satışı təşkil edən, satışı stimullaşdıran və bu kimi marketinq xidmətləri əmələ gəlməyə başladılar. Tez bir zamanda bu xidmətlərə şirkətlərin hakimiyyət mərkəzləri keçdi. Texnokratik menecment marketinq menecmenti ilə əvəz olundu. Effektiv marketinq təcrübəsini başa duşən marketinq nəzəriyyəsi meydana gəldi. Hətta texnologiyanı əla bilən menecer də bir qədər marketoloq olmalı idi. Marketinq istehlakçını öyrənməkdən, onun həyat tərzini, istehlakının həcmini, intensivliyini və qaydalarını öyrənməkdən, yəni konkret mədəniyyətin konkret məzmunundan başlanır.. Marketinq texnologiyasının cıxışında isə – həcmin və istehlakın xaraketinin, istehlakçının həyat tərzinin faktiki olaraq proqramlaşdırılması, yəni sosial-mədəni xarakterin cəmi öyrənilir.

5. Dördüncü mərhələ 1950-ci illərin sonu 1960-cı illərin əvvəlinə kimi davam etmişdir və bazar iqtisadiyyatına böyük inkişaf vermiş, sənayesi inkişaf etmiş dövlətlərin ciddi irəliləməsinə, bəzilərinin isə çiçəklənməsinə gətirmişdir. Bu illərə, menecmentin texnologiyasında dövrlərin radikal dəyişməsi ilə əlamətdar olan beşinci mərhələnin başlanması aiddir. Bu mərhələdə əvvəllər təsir edən meyillər daha da guclənmişlər. Ona həddindən artıq sıx istehsal və istehlak bazarı xarakterikdir.  İstehlakçı tələbkar olmuş, müəyyən markalara, ənənələrə öyrəşmişdir. Ona görə də müvəffəqiyyət qazanmaq mümkün olması üçün ancaq ya tamamilə yeni mal (indiyə kimi tələb olunmayan), yaxud rəqiblərin istehsal edə bilmədiyi yüksək keyfiyyətli ənənəvi mal, yaxud analoqu olmayan satışdan sonrakı cavabdehliyi ya əlaqədar xidmətlə, ənənəvi keyfiyyətli ənənəvi mal təklif etməklə mümkündür. Aydındır ki, bu vəziyyət əhəmiyyətli dərəcədə marketinqi və biznesi dəyishir: tələbatı öyrənməkdən çox onu yaratmaq. Bu, reklama, satışın stimullaşdırılmasına, yeni malın yaradılmasına, ən yaxşı mutəxəssislərin cəlb olunmasına, onların maraqlandırılmasına çoxlu xərc tələb edir. Aqressiv bazar hərəkətini bacaran həmfikirlər komandası olmaqdan cox shey asılı olmağa başlamışdır.

1960-cı  illərin sonundan marketinqin konsepsiyası qeyri-kommersiya sferasına: təhsilə, elmə, mədəniyyətə, incəsənətə, siyasətə daha çox yayılmağa başlamışdır. Menecment ardıkəsilməyən (permanent) yenilik, hətta yelpikvari yeniliklər şəkli aldı. Kim ki, öz sıyığını bişirmir, məcara axtarmır və risk etmir, o kəs müvəffəqiyyətsizliyə uğrayacaq. Yeniliklərin həyata kecirilməsi – biznesin riskli halıdır. Rəqiblərin məlumatlandırılması bir necə dəfə artdıqda informasiya texnologiyalarında və rabitə vasitələrində baş vermiş inqilabı unutmaq olmaz.   Personaldan və mutəxəssislərdən, onların ixtisasından və motivasiyasından çox şey asılı olmağa başladı.  Zamanın cağırışına daha cox adekvat cabab vermiş və kəskin mümkün olan şirkət daxili yeniliklərə muqavimət riskini azaltma texnologiyasını yaratmış yapon menecmentinin müvəffəqiyyəti məhz bu səbəblə izah olunur. Təsadufi deyil ki, amerikan korporasiyalarının müvəffəqiyyətli təcrübəsinin tədqiqatı gostərdi ki, onların menecment texnologiyası yapon texnologiyasına yaxındır. Məsələ milli-etnik xususiyyətlərdə yox, personalla işləmək ilkin plansnda olan menecment texnologiyalarındadır.  Bundan başqa, onlar öz fəaliyyətlərinə məqsədlərin, şirkətin fəaliyyət tapşırıqlarının,  işcilərin qərar qəbul edilməsinə cəlb olunmalarını, ictimai rəyin formalaşdırılmasını və ənənələrin sosial-mədəni xarakterinin izah edilməsini daxil etmişlər.

Menecmentin inkişafının dinamikası ən əvvəl aksentlərin görüntüsü və başa düşülməsi, istiqamətləndirilmənin dəyişilməsi ilə bağlı olması aşkar olmuşdur. Bu dövrlərin dəyişilməsini cədvəl şəkilində aydın təqdim etmək olar (cəd. 1).

Cədvəl 1. İstiqamətləndirilmələrin dəyişilməsi

İntizam Şəxsi intizam
Tabelik Etibar
İyerarxiya Partnyorluq
Nailiyyət Tələbata istiqamətlənmə
Karyera Şəxsiyyətin potensialının açılması
İcracılıq Yaradıcılıq
Hakimiyyət Maraqlar balansı
Mərkəzləşmə Desentralizasiya

Muasir biznesə qarşı uğurunun zəruri şərti kimi diversifikasiya tələbi irəli surulur.  Mono-biznes – qısa nəfəsli biznesdir. Şirkətin fəaliyyəti nə qədər çox diversifikasiya olunursa, şirkət bəxtinə duşən zərbələrə o qədər dözümlü olur, bazarın dinamikasına operativ və plastik  reaksiya verir. Birinci plana şirkətin məhz nə etdiyi deyil, muxtəlif işgüzar aktiv zonalarda necə fəaliyyət gostərməsi, hansı dəyərlərə o riayət etməsi çıxır. Bu vəziyyətdə personalla iş texnologiyası radikal olaraq dəyişilir. Nail olunmuş nəticələrə görə həvəsləndirmə sistemi olan mukafatlandırma və cəzalandırma önəmli olmur.

Beşinci mərhələ bizim günlərdə, növbəti mərhələnin cizgiləri görünməyə başlandığı vaxtda başa çatır.  Bu mərhələdə əvvəlki mərhələnin cizgiləri, xususiyyətləri və problemləri güclənir və yayılır.  Onların üzərinə ekologiya, xammal defisiti, ixtisaslı kadrlar, istehlakçıların və personalın hüquqlarının qorunması problemləri əlavə olunmuşdur.

Coxlu sayda yaxşı ideya və layihələr, onların həyata keçirilməsinə xarici müqavimət gücünün olduğuna görə realizasiya oluna bilməmişlər. Aydın oldu ki, muasir menecer ancaq texnokrat, maliyyəçi və marketoloq, və hətta kulturoloq olmamalıdır, o həmçinin siyasətci, ictimai xadim olmalıdır, cəmiyyətlə geniş və açıq dialoqa hazır olmalıdır. Məhz bu dövr on plana public relations-i (PR) irəli cəkmişdir. menecerlərin əməyinin tərkibində partnyorlarla maraqların ümumiliyinin formalaşdırılması, dövlət strukturları ilə, kütləvi informasiya vasitələri ilə, ictimai təşkilatlarla, daxildə və xaricdə, həmin yerdə, öz personalının gözü önundə  şirkətin şöhrətinin formalaşdırılması aparıcı funksiyalara çevrilmişdir.  Eləcə də, 1930-cu illərdə dünyaya menecmentə marketinq yaxınlaşması gəldiyi kimi, son illər PR şəklinə salınmış menecment doğmuşdur.

Müasir biznesdə “istehlakçı olmayanlar” – sosial qruplar, hakimiyyət orqanları, mütəşəkkil və qeyri mütəşəkkil ictimayyət  önəmli rol oynamağa başlamışdır. Məhz onlar daha vacib və perspektiv yeniliklərin təşəbbüskarıdır.

Müasir bazar gündən-günə daha aydın qloballaşır. Hamının hamı ilə total rəqabəti başlayır. Qlobal bazar əlaqələri şəbəkəsində öz unikal yerini tutmaq qabiliyyəti birinci plana çıxır. Bu isə ancaq öz biznesinə diqqəti cəlb etmək şəraitində mümkündür. Bu planda müasir biznes öz texnologiyasına görə daha çox şou-biznes və bütövlükdə sosial-mədəni fəaliyyətə yaxınlaşır. Müasir menecment öz texnoloji tərkibində, tamamilə sosial-mədəni fəaliyyət texnologiyasının cizgilərini və formalarını qəbul etmişdir.

Biznesin sosial mühitə münasibətində dörd əsas model müvcuddur:

1. Manipulyativ model – ictimai fikirlə manipulyasiya etmək, onun şirkətin kommersiya məqsədlərinə çatmağı üçün,  bir istiqamətdə hazırlanması. Bazar iqtisadiyyatının formalaşmasının başlanması dövründə PR-ın belə izahı faktiki olaraq qaçılmazdır, və bunu müasir Rusiya biznesinin təcrübəsi kompromatları və başqa xüsusi əməliyyatları ilə əsaslı surətdə təsdiq edir. Lakin bazar münasibətləri yetişdikcə, iqtisadiyyat və sosial-siyasi həyat stabilləşdikcə, daha çox  bu yaxınlaşmanın nəinki uzaqgörmə qabiliyyətinin olmamasını, hətta onun şirkətin uzunmüddətli maraqlarına və məqsədlərinə bilavasitə təhlükəli olmasını dəqiq göstərir.

2. Məlumat vermə modeli. Bu modedlə təbliğat-reklam təsirindən ictimaiyyətin məlumatlandırılmasına keçid xarakterikdir, məqsəd şirkətin sosial mühiti şirkətin fəaliyyətini düz başa düşməsi və adekvat reaksiya verməsi üçün və tərəfdar olması üçün şirkətin nailiyyətləri və imkanları barədə izahat verməkdir.

3. Qarşılıqlı anlaşma modeli. Bu halda söhbət artıq ancaq düz başa düşülməkdən  deyil, həmçinin başqalarını və onların maraqlarını başa düşməkdən gedir.

4. Sosial partnyorluq modeli. Daha çox yetişmiş modeldir, ictimai rəyin və sosial mühitün ümumiyyətlə öyrənilməsinə, analizinə və başa düşülməsinə, şirkətin bazar, eləcə də sosial mühit ilə qarşılıqlı cavabdehlik olan  hakimiyyət orqanları ilə, KİV, ictimai təşkilatlarla, təşkilatlanmayan ictimaiyyətlə, öz personalı ilə patrnyor münasibətlərinin qurulmasına  yönəlmişdir.

“Maraqların  ümumiliyi dostluq barədə danışıqlardan vacibdir”- bu qayda bütün müasir biznesə yayıla bilər. Sosial mühitə yüksək diqqət, şirkətin nüfuzuna diqqət – son onilliklərin kəşfidir. Permanent yeniliklərlə gözlənilən müasir menecmentin innovasion xarakteri ardı kəsilmədən davam edən yeniliklərə olan müqavimətləri idarə etmək ehtiyacına səbəb olur. Aydındır ki, şirkətin menecerlərinin imkanları bu müqaviməti idarə etmədə məhduddur. Onu inzibati yerinə yetirmək mümkün deyil (sosial mühit şirkət rəhbərliyinin səlahiyyətində deyil), eləcə də iqtisadi vasitələr məhduddur. Lakin şirkət öz  layihələrinin, proqramlarının və başqa yeniliklərinin realizasiyasına, inkişafına və irəliləməsinə sosial investisiya və sosial partnyorluğun köməyi ilə əlverişli şərait yaratmağa səy göstərə bilər.

İctimai fikirin biznesə olan düşmənçiliyinin əsas səbəblərindən biri – acizliyin və nəyə isə təsir etmə imkanının olmaması, nümayişcəsinə nəzarətsizlik və cəzasızlıqdır. Çox sayda şirkət nəyin bahasına olursa olsun gəlirin artmasına çalışır, istehlakçıya partnyor kimi yox, məqsədlərə çatmaq üçün vasitə, açıq aşkar istismar obyekti kimi baxırlar.  Ona görə də ictimai rəyin Rusiya biznesinə və biznesmenlərinə olan cavab reaksiyası təəccüblü deyil. Biznesə inam olması üçün, o sosial məsul olmağa çalışmalıdır və bunu işlə sübut etməlidir. Bundan əlavə, daha aşıq və səmimi olanlar, hərəkətləri qabaqcadan bəlli olanlar və ətrafındakıların fikirləri ilə hesablaşanlar daha çox etibar qazanır.

Aparılan baxış göstərdi ki, müasir menecmentin bütün bu xüsusiyyətləri müəyyən qanuna uyğun olaraq, menecmentin öz inkişafının daxili meyillərini göstərir, onu mədəniyyət dairəsi və sosial-mədəniyyət dairələri ilə bütövlükdə, gözə çarpacaq dərəcədə yaxınlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər