14 C
Baku
Monday, May 13, 2024

“Meta” kriptovalyuta layihəsini bağlayır

“Meta”nın (keçmiş “Facebook”) “Diem” kriptovalyutasının yaradılması layihəsi uğursuz olub. “Bloomberg”ə görə, “Facebook”un blokçeyn əsaslı ödəniş sistemini inkişaf etdirmək üçün yaratdığı qeyri-kommersiya təşkilatı “Diem Association” (keçmiş “Libra Association”) aktivlərini satmaq imkanlarını araşdırır.

Mənbələrin bildirdiyinə görə, “Diem Association” əqli mülkiyyətini satmaq üçün investisiya bankirləri ilə müzakirələr aparır. Həmçinin şirkət nümayəndələri işçilərin digər layihələrə paylanması üçün uyğun vakansiyalar axtarırlar.

Xatırladaq ki, keçən payız “Facebook” kriptovalyuta cüzdanı “Novi” layihəsini işə salıb, lakin cüzdan digər steyblkoin – “Pax Dollar” dəstəkləyir.

“Twitter” və “Block”un (keçmiş “Square”) qurucusu Cek Dorsi bu xəbərdən sonra sosial şəbəkədə “carpe diem” yazıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər