9 C
Baku
Friday, December 13, 2024

Meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib

Ötən il həyata keçirilən islahatlardan biri də yeni subsidiya sisteminin təşkil edilməsi olub.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, subsidiya sistemi yenidən təşkil edilib:

“Bu sistemin əsas xüsusiyyəti odur ki, hər bir əkin sahəsinə görə baza məbləği müəyyən edilib. Baza məbləği əsasında Aqrar Subsidiya Şurası hər bir bitkinin ərzaq təhlükəsizliyi, məşğulluq, ixrac potensialı baxımından vacibliyini nəzərə alaraq əmsallar müəyyənləşdirib. Məsələn, taxılçılıqda 1 əmsalı, pambıqçılıqda 1,1 əmsalı, yəni 220 manat müəyyən edilib.

Yeri gəlmişkən, pambıqçılıqda həm əkinə, həm də məhsula görə subsidiya verilir. Ən yüksək, yəni 4 əmsalı meyvə bağlarının salınmasına görə verilib. Yəni intensiv meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib. Bunun da əsas məqsədi meyvəçiliyin inkişaf etdirilməsidir. O cümlədən, üzümçülüklə bağlı 3 əmsalı müəyən edilib, yəni 600 manat verilir”.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər