12 C
Baku
Thursday, March 28, 2024

“Michelin”in Azərbaycan üzrə yeni baş direktoru təyin edilib

Şin istehsalı sahəsində dünya liderlərdən biri olan Fransanın “Michelin” şirkəti Dmitri Molokanovu “Mişlen Rusiya Şin İstehsalı Şirkəti” ASC-nin baş direktoru vəzifəsinə təyin edib.

“Report” Agentliyi şirkətin məlumatına istinadən xəbər verir ki, o, bu postda həmçinin “Michelin” şirkətinin Şərqi Avropa regionundakı biznesinin inkişafı üçün məsuliyyət daşıyacaq. Bu region isə Rusiyadan başqa daha 10 ölkəni – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanı əhatə edir.

Molokanov bu postda 2016-cı ilin sentybar ayından baş direktor işləmiş, hazırda isə “Michelin”in Çin şöbəsinə rəhbərlik edən Kamran Vossuqini (Kamran Vossoughi) əvəz edəcək.

Şirkət dünyanın 17 ölkəsində – Braziliya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Kanada, Çin, Kolumbiya, Meksika, Polşa, Rusiya, Rumıniya, Serbiya, Birləşmiş Krallıq, ABŞ, Tayland və Fransada fəaliyyət göstərən 68 zavodda şin istehsalı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər