9 C
Baku
Friday, December 13, 2024

“Microsoft” Almaniyada məlumat mərkəzlərinin tikintisinə €3.2 mlrd. sərmayə qoyur

Amerikanın İT nəhəngi “Microsoft Corp.” Almaniyada süni intellekt texnologiyaları ilə bağlı infrastrukturun inkişafına növbəti iki il ərzində 3.2 milyard avro sərmayə qoymaq niyyətindədir, şirkətin prezidenti Bred Smit bildirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Bloomberg” qeyd edir ki, bu, “Microsoft”un Almaniyaya ən böyük birbaşa investisiyasıdır. Bred Smit bildirib ki, vəsait Şimali Reyn-Vestfaliya və Frankfurt bölgəsində yeni məlumat mərkəzlərinin tikintisinə, həmçinin işçilərin təliminə istifadə olunacaq.

Berlində Almaniya kansleri Olaf Şolzun da iştirak etdiyi tədbirdə o deyib: “Alman şirkətləri süni intellekt texnologiyalarına sürətlə uyğunlaşır. Biz regionda məlumat mərkəzlərimizi genişləndiririk”.

“Microsoft” səhmləri cümə axşamı bazar öncəsi ticarətdə 0.4% bahalaşıb. Son 12 ay ərzində şirkətin kapitallaşması bir yarım dəfədən çox (56%) artaraq 3 trilyon dollardan çox olub və bunun sayəsində “Microsoft” bazar dəyərinə görə “Apple Inc”i ötüb və dünyanın ən dəyərli şirkəti olub.

Son xəbərlər
Digər xəbərlər