1 C
Baku
Saturday, December 14, 2024

MİDA Şirvanda 17 yaşayış binasının tikilməsinə 61 milyon manat xərcləyəcək

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Amal Group MMC, Yar İnşaat Təmir-Tikinti MMC, DDlar İnşaat QSC konsorsium, HN Construction QSC və DDlar İnşaat QSC, Araz İnşaatçı MMC konsorsium ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədarr 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi, 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi, 16, 17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi, 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Müqavilələrin cəmi məbləği 60 528 121 manatdır.

Son xəbərlər
Digər xəbərlər