5 C
Baku
Friday, March 29, 2024

“Milyarderlər jurnalının” yaranma tarixi – FORBES

“Tarix ən məşhur qaliblərin belə triumfa çatmazdan əvvəl dözülməz çətinliklərlə üzləşdiyini göstərir. Onlar məğlub olmaqdan imtina etdikləri üçün qalib gəlirlər”, – Bertie Charles Forbes. 

Bu gün Forbes jurnalı ən çox oxunan və tanınan jurnallardan biridir. O, dünyanın bir çox ölkəsində nəşr olunur. Dünyanın ən varlı insanları, nüfuzlu şəxsiyyətlərin inanılmaz yüksəlişləri və uğurlu karyera hekayələri haqqında məhz bu jurnaldan öyrənirik. Çoxları üçün bu jurnal bələdçi rolunu oynayır, lakin onun yaradıcısını tanıyanların sayı olduqca azdır. 

Forbes-un qurucusu Bernie Charles Forbes olub. O, 14 may 1980-cı ildə Nyu Dir (Şotlandiya) şəhərində anadan olmuşdur. Ümumilikdə onlar ailədə altı uşaq idilər, atası dərzi olduğuna görə Bernie olduqca erkən işə başladı – 14 yaşında. Bunun üçün o, məktəbi tərk edir və atası ilə birlikdə işləməyə başlayır. Düzü, Bernie-nin xəyal etdiyi iş bu deyildi. Kiçik yaşlarından o, yazıçı olmaq istəmişdir. Onun atası ilə işlədiyi müddətdə qazandığı pul çox az olub – 7 iş günündə cəmi 75 sent. 

Bernie Charles Forbes

Bir neçə il sonra, həyat Bertie Forbes üçün sürpriz hazırladı: o, yerli qəzetdə jurnalist kimi fəaliyyətə başlayır. 1904-cü ildə Bertie Şotlandiyadan ayrılır və Cənubi Afrikaya yollanaraq, növbəti illərdə ABŞ-a köçür. Amerika onu, necə deyərlər, “qucaq açıq” qarşıladı. Bir qədər sonra Bertie Forbes New York American-da işə başlayır. Həmin dövrdə Charles Forbes maliyyə jurnalisti vəzifəsinə təyin edilir və uşaqlıq arzusunu demək olar ki, gerçəkləşdirmiş olur. 1917-ci ildə Forbes ilk olaraq Doers& Doings adlı jurnal yaratmaq istəyirdi, ingilis dilindən tərcümədə “İşlər və onların icraediciləri”. Lakin bu ad tarixə düşmədi və jurnal qurucunun şərəfinə Forbes adlandırıldı. Bir il sonra, 1918-ci ildə Forbes jurnalı 30 ən varlı amerikalıların siyahısını nəşr etdi. Bu siyahının lideri sərvəti 1,2 (o vaxt üçün böyük pul idi) milyard dollardan çox olan John Rockefeller olmuşdur. 

Yarandığı tarixdən 10 il sonra jurnalın 10 milyon dollar dəyərində qiymətləndirilməsinə baxmayaraq, Forbes-u saxlamaq Bertie üçün asan deyildi. Buna Business WeekFortune kimi böyük rəqiblər və Amerikadakı böyük depressiya təsir etdi. Jurnalın təsisçisi sağ olduğu dövrdə tiraj 100 nüsxədən çox olmurdu, Bertie dəfələrlə jurnalını satmaq təklifini alıb. Belə təkliflərdən birini 1928-ci ildə William Hurst irəli sürmüşdür, biznesmen Bernie-yə 10 milyon dollar təklif etdi. Bütün çətinliklərə baxmayaraq, Forbes “Amerikanın yeganə olan müstəqil jurnalını qoruyub saxlamaq” istədiyini söyləyərək, təklifdən imtina etdi. 

1947-ci ildə Charles Forbes dünyasını dəyişdi və jurnal onun oğlu Malcolm Stevenson Forbes-un əlinə keçdi. 20-ci əsrin sonlarında Forbes jurnalı ABŞ-ın işgüzar nəşrlərin liderinə çevrilir. Daha sonra biznesin başında Bertie Forbes-un nəvəsi –  Steve Forbes durmağa başlayır. Onun sayəsində Forbes jurnalının tirajı 900 minədək artaraq, Business WeekFortune nəşrlərini geridə qoydu. Bu gün jurnal Rusiya, Aİ ölkələrində, Çin, Qazaxıstan, Ukrayna və Gürcüstan kimi ölkələrdə yayımlanır. Forbes jurnalının ümumi auditoriyası 5 milyon nəfərdən çoxdur. 

“Əgər iş vaxtınızın daha sürətli keçməsi üçün nə edə biləcəyiniz haqqında düşünürsünüzsə, tərəddüd etmədən iş yerinizi dəyişin. Sevdiyiniz işi bacardığınız qədər yaxşı edin ki, sonda həqiqi uğur əldə edə biləsiniz”, – Bernie Forbes.

Son xəbərlər
Digər xəbərlər