19 C
Baku
Monday, May 27, 2024

Milyonlarla kassir işsiz qalacaq

Banker.az xəbər verir ki, ABŞ-da yaxın illərdə ölkənin pərakəndə şəbəkəsinə birbaşa təsir edəcək avtomatlaşdırma miqyası ekspertlər tərəfindən qiymətləndirilib. Belə məlum olub ki, robotlar milyonlarla amerikalı satıcı və kassirin işini əlindən alacaq.

Mashable nəşri yazır ki, araşdırma Investor Responsibility Research Center Institute təşkilatının sifarişi əsasında Cornerstone Capital Group bankı tərəfindən həyata keçirilib. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın 10 ildə pərakəndə satış sahəsində 10 vəzifənin 4-nü robotlar icra edəcək.

ABŞ-da avtomatlaşdırma riskinə daha çox məruz qala biləcək kassirlərin 73%-ni qadınlar təşkil edir.

Ümumilikdə, pərakəndə satış sahəsi üzrə çalışan 6 milyondan 7,5 milyona qədər amerikalı öz işini itirəcək. Qeyd edək ki, ölkədə pərakəndə sahəsində 16 milyon vətəndaş işləyir. Bu ABŞ-ın ümumi işçi qüvvəsinin 10%-ni təşkil edir ki, bu da Amerika ÜDM həcminin 6%-ni təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər