16 C
Baku
Monday, May 20, 2024

Moskva birjasında avronun məzənnəsi 108 rublu keçib

Moskva birjasında avronun məzənnəsi 2022-ci il martın 24-dən bəri ilk dəfə olaraq 108 rublu keçib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Belə ki, Moskva vaxtı ilə saat 10:42-yə olan məlumata görə, avro 0.42% – 108.005 rubla qədər artıb.

Moskva vaxtı ilə saat 10:47-də avro artımı ləngiyərək 107.84 rubl (+0,27%) səviyyəsində qalıb. Eyni zamanda, dollar 0.62% – 98.07 rubla qədər artıb, yuan isə 0.36% artaraq 13.513 rubla yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər