Moskvada qismən səfərbərlik başa çatıb.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. O, Moskvada səfərbərliyin başa çatdığını elan edib.
“Moskva hərbi komissarının məlumatına görə, prezidentin fərmanı və Müdafiə Nazirliyinin tapşırığı ilə müəyyən edilmiş qismən səfərbərlik üzrə tapşırıqlar tam yerinə yetirilib”, deyə mer vurğulayıb.
Sobyanin onu da qeyd edib ki, səfərbərlik məntəqələri oktyabrın 17-də saat 14.00-da bağlanır, göndərilən çağırış vərəqələri öz qüvvəsini itirəcək.