5 C
Baku
Saturday, December 14, 2024

Nahar fasiləsi qanunvericiliklə necə tənzimlənir? – Rusiya, Türkiyə, İngiltərə, ABŞ (Nyu-York ştatı) təcrübəsi

Rusiya Federal Əmək Məcəlləsinin  108-ci maddəsinə əsasən “İş günü (növbə) iş saatlarına daxil edilməyən dövr üçün 30 dəqiqədən az və 2 saatdan çox olmayan müddətə istirahət və qida qəbul etmək üçün vaxt verilməlidir. Təşkilatın daxili qaydalara və ya işçi ilə bağlanmış əmək müqaviləsində iş saatının (növbə) müddəti gün ərzində 4 saatı keçmirsə o halda ona nahar fasiləsi verilməyə bilər.

Nahar fasiləsinin müddəti daxili qaydalara və ya işçi ilə bağlanmış əmək müqaviləsində qeyd olunmalıdır.

Əgər istehsalatın dayanması halı mümkün deyilsə, işəgötürən işçinin nahar və istirahət etməsi üçün şərait yaratmalıdır. Belə hallar təşkilatın daxili qaydaları ilə tənzimlənir.

 Türkiyə

Türkiyə İş Qanunun 68-ci maddəsinə əsasən Nahar və istirahət fasiləsi iş günün müddətindən aslıdır.

  1. Günlük iş müddəti 4 saata kimi davam edirsə, istirahət və nahar fasiləsi 15 dəqiqə verilir.
  2. Günlük iş müddəti 4 saatdan – 7 saat yarım davam edirsə (7 saat yarım daxil edilməklə), istirahət və nahar fasiləsi 30 dəqiqə verilir.
  3. Günlük iş müddəti 7 saat yarımdan artıq olarsa istirahət və naha fasiləsi 60 dəqiqə verilir.

Yuxarıda qeyd olunan fasilələr minimal həddir və daimi xarakter daşıyır.

İşin xarakterindən, yerli adətdən, havadan, mövsümdən aslı olaraq nahar və istirahət üçün müddət fasilələrlə istifadə oluna bilinər.

İşçi qeyd olunan nahar və istirahət üçün ayrılmış müddətdən iş gününün istənilən saatında istifadə edə bilər.

Nahar və istirahət müddəti iş saatına daxil edilmir və əmək haqqı zamanı həmin müddət üçün ödəniş edilmir.

İngiltərə

İngiltərədə yaşı 18 tamam olmuş şəxs, işdə 3 istirahət növündən istifadə etmək imkanı əldə edir. İşdə istirahət, günlük istirahət və həftəlik istirahət.

İşdə istirahət

6 saatdan çox davam edən iş günü işçi çay içmək, nahar etmək üçün 20 dəqiqəlik fasiləsiz istirahət hüququ var.

Qeyd olunan müddət iş saatına daxil deyil

P.S. Aşağıdakı hissə nahar fasilə üçün deyil. Sadəcə yuxarıda informasiya verdiyim üçün qeyd edirəm.

Günlük istirahət

İşçi işdən sonra 11 saat istirahət hüququ var. İş saatı 20:00-da bitirsə mütləq deyil ki, növbəti gün 7:00-da başlasın.

Həftəlik istirahət

İşçi həftədə 24 saat, iki həftədə 48 saat fasiləsiz istirahət hüququna malikdir. Əmək müqaviləsində istirahət günün müddəti çox və digər istirahət hüquqları qeyd oluna  bilinər.

ABŞ (Nyu-York ştatı)

Nyu-York Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən nahar və istirahət vaxtı aşağıdakı kimi tənzimlənir.

Gündüz 12:00-kimi işləyənlərin 30 dəqiqədən az olmayaraq nahar etmək hüququ var.

Nahar vaxtı üçün müddət səhər 11:00-dan – 14:00-a kimi qoyulan vaxt çərçivəsinin daxilində olmalıdır.

İşçi əgər növbə ilə 6 saatdan artıq işləyirsə və işdən 12:00-da çıxırsa minimum 30 dəqiqə nahar etmək hüququna malikdir.

İş vaxtı 11:00-da başlayan və 19:00-dan sonrakı müddətə kimi davam edən hər bir işçinin (növbə ilə işləyən) şəxsin 17:00-19:00-a kimi əlavə 20 dəqiqədən az olmayaraq nahar etmək hüququ var.

Hər bir işçi əgər 6 saatdan artıq işləyirsə və iş saatı 13:00-dan başlayıb səhər saat 6:00-da bitirsə və həmin şəxs fabrikdə işləyirsə ən azı 60 dəqiqə, ticarət mərkəzində işləyirsə ən azı 45 dəqiqə nahar etmək hüququna malikdir.

İşin ağırlıq dərəcəsindən aslı olaraq, ştatın Əmək üzrə Müfəttişliyinin komisarının ixtiyarı var ki, qanunda olan nahar və istirahət vaxtının müddətini azaltsın. Onun qərarı göndərilən təşkilatın qapısının girişində, gözlə görünən hissəsində asılmalıdır.

P.S. ABŞ-ın digər ştatlarında qanunvericilik fərqlidir. Nümunə olaraq, bu ştat götürülüb.

Ardı var.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər