10 C
Baku
Thursday, December 12, 2024

“Naxçıvanbank”ın yenilənən xidmətləri

®Ölkənin yeganə regional bankı olan Naxçıvanbank regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.

Müsair dizaynda təmir olunmuş Baş Ofis və filiallarımız müştərilərimizin rahatlığı üçün geniş bank xidmətləri təklif etməkdədir. Həmçinin  əsaslı təmir işləri davam edən Naxçıvan və Culfa filiallarımız yeni ildən etibarən müştərilərin istifadəsinə veriləcəkdir. Bununla da demək olar ki, bütün filiallarımız müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkan və şəraitə malik olacaqdır.

Eyni zamanda xidmət keyfiyyətinin artırılması məqsədilə yeni nəsil (Cash-In və Recycler ATM)  bankomat və ödəniş terminalları istifadəyə verilərək müştərilərimizin kommunal, rabitə, büdcə, təhsil haqqı və s. ödənişlərini rahat şəkildə həyata keçirilməsi təmin olunmuşdur. Hazırda 50 ədəd bankomat, 99 ədəd ödəniş terminalları müştərilərin istifadəsindədir.

Yeni ildən etibarən bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin Mobil tətbiq və yenilənmiş İnternet Bankçılıq müştərilərin istifadəsinə veriləcəkdir.

Geniş bank xidmətləri təklif edən bankımız sərfəli  kredit məhsulları da təqdim etməklə, 2022-ci ili yüksək mənfəət və keyfiyyətli kredit portfeli ilə başa vurmuşdur.

Qeyd edək ki, müştərilər məhsul və xidmətlərimizlə bağlı 1185 Çağrı Mərkəzinə zəng etməklə və ya www.naxcivanbank.az saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.

Bankomat terminal scaled

yeni kosk scaled

Son xəbərlər
Digər xəbərlər