10 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 4 714 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə çoxdur.

Yeni vergi ödəyicilərinin 89.7%-i fiziki, 10.3%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 1.7 dəfə, hüquqi şəxslərin sayı isə 24 dəfə artıb.

10 ay ərzində kommersiya qurumlarının 65%-i elektron qaydada, 35%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər