9 C
Baku
Thursday, December 12, 2024

Nazir: Rusiyada biznes vergisi artırılmayacaq

Rusiyada biznes vergisi artırılmayacaq.

Rusiya KİV-lərinə istinadən xəbərə görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib.

Onun sözlərinə görə, şirkətlərə məlumat verilib ki, onların vergi yükü artırılmayacaq və şirkətlərin kapitalı toxunulmaz olaraq qalacaq.

Rusiya hökumətinin rublun stabilizasiyası ilə bağlı addımları barədə danışan A.Siluanov deyib ki, hökumət rublun proqnozluğunun artırılmasına və stabilləşdirilməsinə yönəlib. “Bizdə rublun məzənnəsi üzən prinsiplər, ölkəyə və ölkədən xarici valyutanın axını və ixracımızın əsas mallarının qiymətləri ilə müəyyənləşir”, – deyə A.Siluanov qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər