“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Baş nazir Artur Rasi-Zadə qərar qəbul edib. Qərar, “Azərbaycan Hava Yolları” QSC, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və SOCAR ilə razılaşdırılmış təklifinə irəli sürülüb.
Respublikasının ərazisinə gətirilən aksizli malların, yəni kerosinin aksiz dərəcələri dəyişdirilib. Belə ki, reaktiv mühərriklər üçün kerosinin (2710 19 210 0) 1 ton üçün
1,0 manat, digər kerosin (2710 19 250 0) 1 ton üçün 80 manat tətbiq ediləcək
Xatırladaq ki, bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir