Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 701 167 manatdır.