9 C
Baku
Friday, December 13, 2024

Nazirlik “Çıraqqala”nın bərpası üçün şirkətə 5 mln. manat verir

Azərbaycanın Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin hansı özəl şirkətə həvlə olunduğu açıqlanıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, Mədəniyyət Nazirliyi yaninda Mədəni İrsin Qorunmasi, İnkişafi və Bərpasi üzrə Dövlət Xidməti  “K.E.-İnşaat” MMC şirkəti ilə bununla bağlı satınlama müqaviləsi bağlayıb. Ötən həftənin son günü baş tutan bu satınlama müqaviləsinə görə, dövlət qurumu Şirkətə 4 996 548 Azərbaycan manatı ödəməli olacaq.

“K.E.-İnşaat” MMC 2006-cı ildə ölkə daxilində fəaliyyətə başlayıb və bərpa tikinti işləri üzrə layihələrdə iştirak edir. Bir neçə dövlət qurumu ilə bu növ müqavilələr bağlayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edib.

Son xəbərlər
Digər xəbərlər