10 C
Baku
Wednesday, December 11, 2024

Nazirlikdən “Azərbaycan Dəmir Yolları”nda aparılan yoxlamalara REAKSİYA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlamasının aparılmasına münasibət bildirib.

Nazirlikdən cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb. Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib:

“Hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

Son xəbərlər
Digər xəbərlər