6 C
Baku
Sunday, December 15, 2024

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

®“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir.

“Dubay Ekspo”da Azərbaycan Pavilyonunda “Rəqəmsal İpək Yolu – Sərhədləri Aşan Bağlantı” tədbirində layihənin təqdimatı keçirilib. Tədbirə Transtelecom, Türk Telekom International, Telecom Italia Sparkle, Telekom Malaysia, Gulf Bridge International – Telecom Qatar, OneWeb, Telegraph 42 Management Gmbh, Fastweb, NTT və digər nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri qatılıb.

SAS 2

Həmçinin, Dubayda “Capacity Middle East 2022” tədbirində beynəlxalq tərəfdaşlar layihəyə böyük maraq göstərib. Google, Cienna, Lumen, Neterra, China Telecom Global, China Mobile International, Vodafone Carrier Services, Turkcell Superonline, Vodafone Turkey, Batelco, STC və digər iri beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Layihə üzrə müxtəlif telekommunikasiya operatorları və təchizatçıları ilə əməkdaşlıq modelləri razılaşdırılıb və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Photo 2

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.

NEQSOL Holding-in tərkibində olan “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır. NEQSOL Holding beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Photo 1 scaled

Son xəbərlər
Digər xəbərlər