8 C
Baku
Thursday, December 12, 2024

Nigerlə Benin arasında neft qalmaqalı yaşanır

Nigerin baş naziri Əli Lamine Zein qonşu Beninin hakimiyyətini neft ixracına dair razılaşmaları pozmaqda ittiham edib.

Bu barədə ANP agentliyi məlumat yayıb.

Söhbət Benin prezidenti Patris Talonun Nigerdəki yataqlardan boru kəməri Seme limanı vasitəsilə neftin ixracını qadağan edən son qərarından gedir.

Qərar Niger Beninlə sərhədini bağladıqdan sonra qəbul edilib.

Baş nazir qeyd edib ki, Niger sərhədlərinin bağlanması ilə bağlı qərar təhlükəsizlik baxımından verilib. Onun sözlərinə görə, Benin Respublikasında terrorçuların ölkəmizdəki sabitliyi pozmaq üçün təlim keçdiyi bazalar var.

Son xəbərlər
Digər xəbərlər