8 C
Baku
Thursday, December 12, 2024

Nöqsanlara yol vermiş işçini hansı hallarda işdən çıxarmaq olar?

“Əksər işəgötürənlər bəzən böyük yanlışlığa yol verirlər. Belə ki, onlar heç bir hüquqi əsas olmadan işçinin izahatını almaqla onu işdən kənarlaşdırırlar”.

Banker.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pozuntu törətmiş işçini həmişə deyil, yalnız müəyyən hallarda işdən kənarlaşdırmaq olar.

“Bununla bağlı Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair qərar var. İşəgötürən yalnız iki halda öz əsaslandırılmış qərarı ilə işçini işdən kənaralaşdıra bilər. 1.Cinayət prosesual qanunvericiliyə uyğun olaraq şəxsin şübhəli şəxs qismində tanınması və təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; 2.İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edilikdə”, – deyə vəkil bildirib.

T.Abdullazadə qeyd edib ki, digər hallarda işçini işdən kənarlaşdırmaq olmaz: “Əgər qanunsuz şəkildə işçini işdən kənarlaşdırsanız, Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnə bilərsiniz. Eyni zamanda işçini işdən kənarlaşdırdığınız müddətdə onun əmək haqqı ödənişlərini ödəməyə məcbur ola bilərsiniz”

Mənbəe-hüquq
Son xəbərlər
Digər xəbərlər