9 C
Baku
Thursday, December 12, 2024

Norveç neft və qaz şirkətlərinə investisiyaları artırmaqdan imtina edir

Norveç Parlamenti neft, qaz və kömür istehsal edən şirkətlərin qiymətli kağızlarına investisiyaların azaldılmasına və bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı layihələrinə isə artırılmasına səs verib. 

Banker.az bildirir ki, təklif ənənəvi yanacaq istehsal edən şirkətlərdən 13 milyard dollarlıq səhm paketinin çıxarılmasını və ekoloji cəhətdən daha təmiz olan şirkətlərin qiymətli kağızlarına 20 milyard dollara qədər sərmayəni nəzərdə tutur. Bu, “Anadarko Petrolium və ya “Occidental Petrolium” kimi neft şirkətlərinə aiddir.

Qeyd edək ki, Norveçin neft fondu 9 mindən çox şirkətə sahibdir. Fondun səhmlərinin cəmi 6% 1 trilyon dollar dəyərində qiymətləndirilir, onlardan 2,45% “Royal Dutch Shell”, 0,94% isə “ExxonMobil” də olan paydır.

Fond dünya səhmlərinin 1,4%-nə sahibdir, fəaliyyəti “Norges Bank Investment Management” (NBIM) tərəfindən tənzimlənir. Dünya bazarlarında “Government Pension Fund Global” strukturu vasitəsilə işləyir.

 

Son xəbərlər
Digər xəbərlər