16 C
Baku
Sunday, April 28, 2024

Norveç Ukrayna üçün ayrılan maliyyəni artıracaq

Norveç Ukraynaya ayrılan maliyyəni 2,5 milyard kron (təxminən 236 milyon ABŞ dolları) artıracaq.

Bu barədə hökumətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

“Ukraynanın əlavə hərbi dəstəyə və texnikaya ciddi ehtiyacı var. Buna görə də Norveç Ukraynaya hərbi dəstəyini 2,5 milyard kron artıraraq 2023-cü il üçün ümumilikdə 10 milyard krona (təxminən 947 milyon dollar) çatdırıb”, – bəyanatda deyilir.

Bundan əlavə, Oslo Kiyev üçün NATO-nun hərtərəfli yardım paketinə töhfəsini artıracaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər