7 C
Baku
Sunday, December 15, 2024

Obama: “Konqres binasına basqın ABŞ tarixinə “böyük biabırçılıq” anı kimi düşəcək”

ABŞ-ın sabiq prezidenti Barak Obama, Vaşinqtonda yerləşən Kapitoliya binasına basqın edilməsi ilə əlaqədar açıqlama verib.

Banker.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, Donald Trampın təhriki ilə həyata keçirilən bu əməliyyat Amerika üçün “böyük biabırçılıq”dır.

“Seçkilərin nəticələri ilə bağlı əsassız olaraq yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki nəticəsində baş verən hadisələr, tarixdə millətimizin böyük biabırçılıq anı kimi yadda qalacaq”, – deyə Obama öz “Twitter” səhifəsində yazıb.

Bundan əlavə, Barak Obama baş verən hadisəni gözlənilməz bir şey hesab etmədiyini açıqlayıb. “Son iki ayda siyasi partiya və müttəfiq media dinləyicilərə və oxuculara həqiqəti söyləməkdən imtina edirdi – yəni bu seçkilərin mübahisəli olmadığını və Baydenin andiçmə mərasiminin 20 yanvarda keçiriləcəyini”, – siyasətçi vurğulayıb.

Obamanın fikrincə, respublikaçılar mövcud şəraitdə ilk addımı özləri atmalı və “alovlu atəşi söndürmək üçün əllərindən gələni etməlidirlər”.

Son xəbərlər
Digər xəbərlər