Azərbaycanda ümümi ödəniş kartlarının sayı ilk devalvasiyadakı rəqəmlərə yenidən qayıdmaq üzrədir.
Banker.az AMB-nin açıqladığı ilin ilk rübünə olan hesabatına istinadən xəbər verir.
Hesabata görə, cari ilin ilk rübündə ümümi ödəniş kartlarının sayı 5 mln. 933 min ədədə çatıb. Bu ilin əvvəli ilə müqayisədə 133 min ədəd, illik isə 437 min ədəd artım olması deməkdir.
Nağdsız ödənişlər artmaqdadır
Ümumiyyətlə ödəniş kartlarının sayı 2015-ci ilin iyun ayındakı 6 mln. 88 min ədəd saya yaxınlaşıb. Fərqli mənzərə isə kartların sayının qeyd edilən ildəkindən az olmasına rəğmən əməliyyatlar 1 mlrd. 519 mln manat artması olub ki, bu da 54% artımın olması deməkdir.
Lakin, əmək haqqı kartlarının sayındakı artım daha çox gözə çarpır. Məsələm, qeyd etdiyimiz 2016-ci ilin iyunundakı ümümi kartların sayında əmək kartlarının payı 24% idisə hazırda 31%-dir. Belə ki, əmək haqqı kartlarının hazırda ümumi sayı 1 mln. 893 min ədəddir.