Namizədə dair tələblər:
- Ali texniki/iqtisadi təhsil;
- Analoji sahə üzrə 2-5 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;
- Analitik düşüncə;
- Normayaradıcılıq bacarığı;
- Komandada işləmək bacarığı;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı, əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər;
- Ödəniş sistemləri və alətləri üzrə biliklər ;
- Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;
- Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartları və Kriptoqrafiya haqqında biliklər;
- PCİ standartları və elektron ticarət haqqında anlayış;
İşin təsviri:
- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;
- Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;
- Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanması və nəticələr barədə hesabatlar hazırlamaq;
- Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;
- Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştrak etmək;
- Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün təkliflər hazırlamaq;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]