16 C
Baku
Friday, April 26, 2024

Öldürülən Çad prezidentini oğlu əvəz etdi

Prezident İdriss Debi İtnonun ölümündən sonra Çadda keçid hərbi şurası yaradılıb.

“RİA Novosti” xəbər verir ki, mərhum prezidentin oğlu, general-leytenant Mahamat İdriss Debi İtno şuranın sədri seçilib.

Hərbçilər tezliklə “keçid dövrünün xartiyası”nı elan edəcəklər.

Prezidentin ölümü ilə əlaqədar Çadda iki həftəlik ümummilli matəm elan edilib. Bütün ölkə ərazisində komendant saatı tətbiq olunub.

Qeyd edək ki, bir qədər öncə Çad prezidenti İdriss Debi İtno qiyamçılara qarşı hərbi əməliyyat zamanı aldığı yaralardan ölüb. Dövlət başçısı həftəsonu paytaxt Ncamenadan şimalda qiyamçı qoşunlarını məhv etmək üçün şəxsən rəhbərlik etdiyi əməliyyat zamanı ölümcül yara alıb.

Bundan əvvəl isə Çadın seçki komissiyası ölkəyə 1990-cı ildən bəri rəhbərlik etmiş marşal İdriss Debi İtnonun aprelin 11-də prezident seçkilərində qələbə qazandığını bildirib.

Aprelin 11-də “Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi” (FACT) qiyamçı qrupunun silahlı birləşmələri Liviyadakı bazalarını tərk edərək Çada daxil olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər