Azərbaycanda ilin ilk 5 ayında 505,9 min ton Avtomobil benzini istehsal edilib, bu da illik müqayisədə 1,2% artım olması deməkdir.
Banker.az DSK-yə istinadən xəbər verir ki, ölkədə benzinin anbarlarda ehtiyatı cəmi 92 min ton təşkil edib.
Dizel yanacağı 930,6 min ton olub, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 5% artım olması deməkdir. Hazırda məhsul ehtiyatının 106 min tondur.
Ölkədə avtomobil benzini və dizel yanacağının pərakəndə ticarət dövriyyə 807.3 milyon manat təşkil edib. Bu da avtomobil yanacağından gələn gəlir isə 0.8% azalması deməkdir.