Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 325.9 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 1 343.5 milyon dollarlıq kəsir yaranmışdı.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 627.7 milyon dollarlıq qalıb (illik müqayisə: 2.9% az), kapital hesabındakı 0.6 milyon dollarlıq qalıq, maliyyə hesabındakı 14.4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), balanslaşdırıcı maddələr üzrə 316.8 milyon dollarlıq kəsir (46.8% az) hesabına formalaşıb.