7 C
Baku
Thursday, December 12, 2024

“Omikron” ştamının yeni simptomları müəyyən edilib

Koronavirusun üç əsas əlaməti yüksək qızdırma, öskürək, qoxu və dadbilmənin itməsidir.

Banker.az xəbər verir ki, “Omikron” ştamının simptomları “yüngül” kimi qiymətləndirilir və çox vaxt soyuqdəyməyə bənzədilir.

Buna baxmayaraq, bu virusun qeyri-adi simptomları da var. Onlar arasında solğun, göyümtül dəri və dodaqlardır. Həkimlərin sözlərinə görə, bu əlamət təcili tibbi yardım tələb edir. Təhlükəli simptomlara həmçinin nəfəs darlığı, davamlı sinə ağrısı və ya təzyiq hissi, o cümlədən yuxululuq aid olunur.

Xatırladaq ki, daha əvvəl tibb işçiləri Fransanın Marsel şəhərində koronavirusun yeni ştamını aşkar ediblər və onu “B.1640.2” adlandırıblar. Virusun yeni versiyası bir nəfər Kameruna səfərdən qayıtdıqdan sonra ortaya çıxıb, bundan sonra daha 20 nəfər naməlum növ koronavirusa yoluxub.

Son xəbərlər
Digər xəbərlər