10 C
Baku
Friday, December 13, 2024

OPEC-in Baş katibi: 2045-ci ilədək qlobal neft sektoru 12,6 trilyon dollar investisiyaya ehtiyac duyacaq

Qlobal neft sektoru 2045-ci ilə qədər apstrim, midstim və daunstrim əməliyyatları üzrə 12,6 trilyon dollar məcmu investisiyaya ehtiyac duyacaq.

Bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının dekabrın 17-də videokonfrans formatında keçirilən 31-ci iclasında deyib.

O bildirib ki, OPEC enerji səmərəliliyinin istixana qazı emissiyalarının azaldılması və davamlı inkişafa imkan verən vasitə baxımından əhəmiyyətini qəbul edir. Bu baxımdan istehsalçılar və istehlakçılar arasında dialoq və rəqəmsallaşma vacibdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər