8 C
Baku
Friday, March 29, 2024

OPEC+ neft hasilatını artırandan sonra qiymət 72 dollara düşdü

OPEC+ alyansı neft hasilatının gündəlik 400 min barel artırılması qərarı ardından birjalarda neftin qiyməti ucuzlaşmağ başlayıb.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir  barreli 81 sent (1.1%) ucuzlaşmaqla 72.78 dollara qədər ucizlaşma yaşayıb.

WTI nefti isə 75 sent (1.04%) ucuzlaşmaqla 71.00 dollara düşüb.

Razılaşmaya görə, Birləşmiş Ərəb Əmirliklərinin mövcud 3.2 mln. barel/gün olan istehsal kvotası 3.5 mln barel/gün səviyyəsinə yüksəldilib.

Səudiyyə Ərəbistanı və Rusiyanın istehsal kvotaları isə bugünki 11 milyon bael/gün səviyyələrindən 11.5 milyon barelə qalxır. İraq və Küveytin isə istehsal kvotaları 150 min barel/gün artırılaraq 4.8 milyon barel/gün və 3 milyon barel/gün səviyyəsinə artırılır.

Son xəbərlər
Digər xəbərlər