OPEC təşkilatının üzvləri neftin qiymətinin düşməsi nəticəsində yarım milyarddan çox vəsait itirdilər.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, hal-hazırda Brent markalı neftin qiyməti 36,79 dollar təşkil edir. Bazar ertəsi günü qiymət 31% düşərək 31,02 dollara çatmışdır ki, bu da 2016-cı ilin fevralından bəri minimum göstərici olub.
“Reuters” xəbər agentliyinin qiymətləndirmələrinə görə, OPEC üzvlərinin itkisi 500 milyon dollar təşkil edəcək.
Xatırladaq ki, daha əvvəl OPEC təşkilatı iştirakçılara neft hasilatını gündə 1,5 milyon barelə qədər azaltmağı təklif etmişdir. Rusiya bu təklifdən imtina etdi və bu, OPEC+ alyansının dağılmasına gətirib çıxardı.