24 C
Baku
Friday, April 26, 2024

“Opera” kriptocüzdanı olan brauzer təqdim edib

“Opera” kriptocüzdanı olan “Opera Web3” brauzerini təqdim edib. Onun köməyi ilə şirkət blokçeyn texnologiyaları əsasında metakainat, oyun və demərkəzləşdirilmiş tətbiqlərə çıxışı sadələşdirmək istəyir.

Banker.az xəbər verir ki, brauzer demərkəzləşdirilmiş birjalara, NFT tokenlərinə çıxışı təmin edəcək, “Ethereum” kriptovalyutasını dəstəkləyəcək və gələcəkdə bütün blokçeyn platformaları ilə işləyəcək. Şirkət artıq “Polygon”, “Nervos”, “Handshake”, “Celo”, “ENS”, “Unstoppable Domains” və Solana” ilə əməkdaşlıq edir.

“Opera Web3”in beta versiyası artıq yükləmək mümkündür. O, kriptovalyuta almağa, balansı və əməliyyat haqqını yoxlamağa, eləcə də daxili NFT qalereyasına baxmağa imkan verir. Brauzer həmçinin “Telegram” və “Twitter” sosial şəbəkələrinə quraşdırılacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər