Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə oxu.az adlı saytın etibarlı əldə etdiyi məlumatda bu deyilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb.
Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma saı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub.