13 C
Baku
Friday, April 19, 2024

“Ötən il valyuta hərraclarının 80 %-də təklif tələbi üstələyib” – Taleh Kazımov

2022-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş valyuta hərraclarının 80 faizində təklif tələbi üstələyib.

Bunu keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov əlavə edib ki, Mərkəzi Bank valyuta bazarına alış yönümli müdaxilə edərək 2 milyard 8 milyon dollar həcmində valyuta alıb. Valyuta Dövlət Neft Fondundan deyil, banklararası bazardan və əlaqəli müştərilərdən alınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər