5 C
Baku
Saturday, December 14, 2024

Ötən il “AtaHolding” zərəri təxminən 9 mln. manat zərərlə bitirib

2018-ci ildə «AtaHolding»in xalis zərəri 2017-ci ildə əldə edilmiş 123 mln. 597,916 min manat məbləğində mənfəətə qarşı 8 mln. 725,152 min manat təşkil edib.

«AtaHolding»in birləşdirilmiş maliyyə hesabatına əsasən, ötən il holdinqin əməliyyat zərəri 11 mln. 661,802 min manat (2017-ci ildə əməliyyat gəliri 93 mln. 264,396 min manat, maliyyə gəliri 3 mln. 7,03 min manat (2017-ci ildə 30 mln. 434,641 min manat) təşkil edib.

2018-ci ildə “AtaHolding”in aktivləri 3,2% – 96 mln. 726,64 min manatadək azalıb. Cari ilin əvvəlinə cəmiyyətin öhdəlikləri 29 mln. 276,719 min manata (artım 22,7%) bərabər olub.

1 yanvar 2019-cu il tarixinə holdinqin kapitalı 67 mln. 449,921 min manat (azalma 11,3%), o cümlədən nizamnamə kapitalı 79 mln. 983,664 min manat (dəyişməyib) təşkil edir. 2018-ci ilin sonuna kapitalın strukturunda yığılmış zərər 2017-ci ilin sonuna olan 4 mln. 275,386 min manata qarşı 13 mln. 537 manat məbləğindədir.

“AtaHolding” 1993-cü ildə yaradılıb. Hazırda holdinqin strukturuna maliyyə, sənaye, informasiya texnologiyaları, turizm, tikinti, energetika və qida sənayesi sahələrində fəaliyyət göstərən 10-dan çox törəmə şirkət daxildir.

 


İnterfax

Son xəbərlər
Digər xəbərlər