20 C
Baku
Tuesday, April 30, 2024

Ötən il özəlləşdirilən nəqliyyat vasitəsilərinin sayı açıqlanıb

2023-cü ildə Azərbaycanda ümumi satış qiyməti 3.6 milyon manat olan 538 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.

Onun sözlərinə görə, 253 nəqliyyat vasitəsinin satışı rəqabətli keçmişdir ki, bununla da dövlət büdcəsinə əlavə olaraq 784.2 min manat vəsaitin daxil olması təmin edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər