9 C
Baku
Thursday, December 12, 2024

Oxford Universitetində qazax dili tədris olunacaq

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Böyük Britaniyanın Oxford Universitetində qazax dilinin tədrisinə başlanılacağını bildirib. Nazir bu barədə Qazaxıstan nümayəndə heyətinin Böyük Britaniyaya səfərindən sonra məlumat verib.

Cənab Nurbekin “Facebook”da yazdığına görə, nümayəndə heyəti Londonda Oxford Universitetinin nümayəndələri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Londona səfəri çərçivəsində nazir Oxford Universitetinin təhsil departamentinin rəhbəri Maya Çankseliani ilə görüşüb. Cənab Nurbekin sözlərinə görə, görüş zamanı elmi təcrübələrin istiqamətləri və ali təhsil mərkəzlərinin inkişafı müzakirə olunub.

2023-cü ilin oktyabrında “Nur.kz” qazax dilinin Parisdəki Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun (INALCO) proqramına daxil ediləcəyini bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər