Yanvarın 28-dən Özbəkistanda konsert və digər kütləvi tədbirlərin keçirilməsinə, saat 23:00-dan sonra isə kafe və restoranların, əyləncə mərkəzlərinin, gecə klublarının fəaliyyətə başlamasına icazə verilib.
Bu haqda Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Bildirilir ki, konsert salonlarında və digər kütləvi tədbirlərdə sanitar-epidemioloji tələblərə, sosial məsafəyə əməl edilməli, insanlar maskada olmalı, konsert və digər tədbirlərin keçirildiyi məkanlarda tamaşaçı sayı 50 faizi ötməməlidir.