12 C
Baku
Wednesday, December 11, 2024

Özünü doğrultmuş risk (silsilə)

Con Kennedi adına Harvard dövlət idarəçiliyi institutunun professoru Ronald Hayfes belə deməyi xoşlayırdı: əgər siz həyatınızda ən azı bir həqiqi məsələ həll etmisizsə, artıq siz bununla çox adamdan seçilirsiz. 

 Riskə getməyə hazırsız? Nə etməli, bu nadir haldır. Riskli qərarlar qəbul etmək üçün azad olmaq lazımdır. Bizim öhdəçiliklərdən, gözləmələrdən və qorxulardan azad olmağımız, riskin dərəcələrini və mükafatların perspektivlərini qiymətləndirəndə, bu, istər-istməz bizim şüurumuza təsir göstərir. Hayfes qeyd edir ki, “Riskə getmək yaxud ondan özünü saxlamaq mədəniyyətlə təyin olunur”. Nəyə isə əsaslanmaq üçün biz bir neçə cəsarətli biznesmendən onların qəbul etdiyi ən riskli qərarlardan danışmağı xahiş etdik. Onlardan kimsə bank hesabını, kimsə şərəfini, kim isə hətta həyatını riskə qoymuşdu.

Avtomobilləri müştərək istifadəyə verən Zipcar şirkətinin müştərək yaradıcısı Robin Çeyzə Baxın. Çeyz deyir, – “Ümumiyyətlə, mən peşəkar və işgüzar risklərə məmnuniyyətlə gedirəm, lakin fiziki təhlükədən söhbət gedəndə, mən qorxaqam. Onun fikrincə Keniya və Tanzaniyanın sərhəddini qanunsuz keçmək (həbsxanaya yaxud bundan daha pis hala gətirə bilən bu riski o, 23 yaşı olarkən etmişdi) şəxsi Zipcar şirkətinin hesabında $78 olmaqla işə salmaqdan qorxulu idi. Xöbəxtlikdən hər iki məsələ həll oldu. Bu gün Robin yaşayır və salamtdır, Zipkarın isə 350 000 abunəçisi və 6500 avtomobildən ibarət parkı var. Əlbəttə, çox olur ki, risk özünü doğrultmur. Heyfes deyir,-“Müvəffəqiyyətli adam ruh yüksəkliyini itirməyən və yenidən səy göstərəndir”. Həqiqətən, siz qətiyyətlə qərar verdiyiniz halda, risk çox böyük görünmür. Sorğu keçirilən iş adamlarının hamısı risk etməməyin daha riskli olmasını etiraf etdilər.

 Mark Pinkus

43 yaş 

Zynga şirkətinin (sosial onlayn-oyunları tərtib edən, o cümlədən Farm Ville və Mafia Wars) yaradıcısı və baş direktoru
Mən nə vaxt daha çox risk etmişəm? 1996-cı ildə ilk şirkətim – Freeloader-in maliyyə vəsaiti ilə təmin oluması üçün  axırıncı imkandan imtina etdikdə. Bizim bir aylıq pulumuz qalmışdı, lakin mənim tapdığım investor maliyyə vəsatinin ayrırması müqabilində öz baş direktorunu təyin etmək istəyirdi. Hər şey yaxşı keçdi. Biz başqa yerdə investisiyalar tapdıq və bir neçə aydan sonra şirkəti yaxşı məbləğə satdıq.
2009-cu ildə Zynga şirkətinin qazancı $100 mln.-dan artıq təşkil etdi.

Elon Mask 

38 yaş 
PayPal və Tesla Motors-un müştərək təsisçisi; SpaceX yaradıcısı
Mən kosmik uçuşların qiymətlərinin azaldılması və etbiralılığını yüksəltməklə məşğul olan SpaceX şirkətini işə salanda, PayPal şirkətinin səhmlərinin satışından olan kapitalın əsas hissəsini şirkətə qoymalı oldum. O zaman mən ümumiyyətlə layihə hazırlamağı təsəvvür etmirdim və aviakosmik sənayedə təcrübəm yox idi.
Hal-hazırda SpaceX şirkətinin illik gəlirləri $100 mln.-dan çoxdur. 2008-ci ilin dekabrında şirkət Beynəlxalq kosmik stansiyasının yenidən təchiz olunmasına NASA ilə $1.6 mlrd dəyərində müqavilədə qalib gəldi.

Katerina Feyk 
40 yaş
Flickr şəkillərin mübadiləsi üçün internet-servisin və Hunch-in (qərarların kollektiv qəbul etmə sistemi) müştərək təsisçisi
Flickr-ın işlədiyi birinci iki ildə biz heç kimə əmək haqqı ödəmirdik və pulumuz qurtarmaq üzrə idi. Yeganə mütəmadi əmək haqqı alan adam, üç uşağı olan bir oğlan idi. Şirkətə pul qoymaq üçün biz öz evimizi girov qoyduq. Nəticədə nə olacağı bilinmirdi.
Feykin öyünərək dediyinə görə 2005-ci ildə Yahoo!, “təxminən $1 və $100 mln arasında” pul ödəyərək Flickr-i aldı.

Son xəbərlər
Digər xəbərlər