25 C
Baku
Monday, April 29, 2024

Pakistan Türkiyədən “KAAN” döyüş təyyarələri alacaq

Pakistan Türkiyədən “KAAN” milli döyüş təyyarələrini alacaq.

Bunu Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi deyib.

O, bu istiqamətdə Pakistanla danışıqların davam etdirildiyini bildirib.

Türkiyənin milli müdafiə nazirinin müavini avqust ayında bu məsələ ilə bağlı pakistanlı həmkarları ilə görüşəcəklərini söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl “KAAN” döyüş təyyarələri sınaqdan keçirilib.

Qırıcının bu ilin sonunda ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər