10 C
Baku
Friday, December 13, 2024

Pakistanda kriptovalyuta qadağan edilir

Pakistan Dövlət Bankı, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi ölkədə kriptovalyutaların istifadəsini qadağan etmək üçün işə başlayıb.

Senatın Maliyyə və Gəlirlər üzrə Daimi Komitəsi hakimiyyət orqanlarına ölkədə kriptovalyuta xidmətləri və internet saytlarını tamamilə bloklamağı tapşırıb.

Komitə, həmçinin ölkə üçün potensial riskləri əsas gətirərək kriptovalyuta ticarətinin leqallaşdırılmasından imtina edib. Qurum kriptovalyuta ticarətinin spekulyativ xarakter daşıdığını və virtual valyutaların terrorizmi maliyyələşdirmək üçün istifadə oluna biləcəyini qeyd edib.

“Kriptovalyuta ilə ticarətə icazə verilə bilməz”, – Pakistanın maliyyə naziri deyib.

Bundan əlavə, Daimi Komitə kriptovalyutanın effektiv şəkildə tənzimlənə bilməyəcəyini bildirib və virtual valyutaların ABŞ, Kanada və Çində artıq qadağan edildiyini xatırladıb.

Qeyd edək ki, hökumətin araşdırmasına görə, təkcə 2021-ci ildə pakistanlılar kriptovalyutalara təxminən 20 milyard dollar sərmayə qoyublar.

Son xəbərlər
Digər xəbərlər