15 C
Baku
Friday, March 29, 2024

Palata “Gilan”nın törəmə şirkətini də cərimələyib – Valyuta məsələsinə görə

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə fəaliyyət göstərən “Gilan Holdinq”in törəmə şirkətini cərimələyib.

Banker.az-ın xəbərinə görə, “Gilan Seramik” MMC şirkəti  İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb “İXM-nin 430.4-cü maddəsi ilə inzibati iş üzrə icraata xitam verilib”, – deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, şikayətə 28 iyun tarixində baxılacaq.

Son xəbərlər
Digər xəbərlər