16 C
Baku
Thursday, March 28, 2024

Palatanın özəlləşdirilmə mərhələsində olan zavoda qarşı cəriməsi ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası neft avadanlığının istehsalı ilə məşğul olan “Bakı neft maşınqayırma zavodu” ASC-ni xariclə valyuta əməliyyatları ilə bağlı məsələyə görə cəriməsi ləğv edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, zavoda qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilnməsinə dair cərimə ilə bağlı apelliyasiya şikayətinə Bakı Apelliyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, bu maddəyə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər